Logo

Qədim Azərbaycan mətbəxinin iziylə Maştağaya ziyarət - Kənd çolpası ilə fisincanplov


Burada 30 yaşdan yuxari bütün qadınları "bibi", kişiləri isə "dayday" deyə çağırırlar. Kənd əhli çox qonaqpərvər və söhbətcildir. Burda musiqiyə böyük maraq var, hətta kişilərin əksəriyyəti muğam oxumağı da bacarır. Qadınlarsa ev işlərində mahirdirlər, milli yeməklərimizi xüsusi məharətlə hazırlayırlar.

 İnce.Az oxucularına  qədim və çox dadlı kənd çolpası ilə fisincanplovun hazırlanma qaydasını təqdim edir:

 Tərkib:

 1 ədəd kənd çolpası

5-6 ədəd qırmızı baş soğan

1 armudu st. alça turşusu

400 qr qoz ləpəsi

600 qr kərə yağı

1 kq düyü

2 qr zəfəran

Duz, istiot

 Qazmaq üçün:

1 st. un

50 qr xama

1 ədəd yumurta

2 x.q. kərə yağı

Duz, sarıkök

 Hazırlanması:

 Sac qızdırılır. Soğan xırda doğranır. Qoz üyüdülür. Zəfəran dəmlənir.

Çolpa tikələrə bölünür. Soğan 400 qr kərə yağında qızılı rəng alanadək qızardılır. Üzərinə çolpa tikələri əlavə edilib qovrulur. Qoz ləpəsi, duz, istiot səpilib qarışdırılır. Yağa düşənə yaxın alça turşusu əlavə edilir.

 Qazmağın hazırlanması:

 Yumurta çırpılır. Üzərinə xama, kərə yağı əlavə olunur, duz və sarıkök səpilib çalınır. Qarışığa un qatılıb yumşaq xəmir yoğrulur. Düyü 3-4 saat duzlu suda saxlanıb suyu süzülür. Qaynayan duzlu suda bişirilir.

Süzülüb üzərinə zəfəran dəmləməsi gəzdirilir. Qazan qızdırılır, dibi yağlanır. Xəmir oxlovla yayılıb qazanın dibinə yerləşdirilir. Üzərinə düyü tökülür, əridilmiş kərə yağı (200 qr) gəzdirilib dəmə qoyulur.

Dəmlənmiş düyü buluda çəkilir, üzərinə zövqə görə doğranmış qazmaq düzülür. Fisincan qaba yığılıb plovla birlikdə süfrəyə verilir.