Logo

Ayan "Maşın"dan əlini götürdü, amma...


Müğənni Ayan Babakişiyevanın maşından əlini çəkdiyi görüntülər yayılıb.

İnce.Az musavat.com-a istinadən bildirir ki, sözügedən görüntülər "Maşın" şounun rəsmi səhifəsində yayılıb. Bir çoxları müğənninin əlini götürərək oyundan getdiyini bildirsə də, işin əsli başqadır.

Musavat.com-un əldə etdiyi məlumata görə, ifaçı həmkarı ilə mübahisə edib. Əsəbləşən müğənninin halı pisləşib. O yerini dəyişmək üçün layihənin əməkdaşlarından icazə alaraq uzaqlaşıb.
Ayan oyunda iştirakını davam etdirir.

İddialara görə, həmin görüntülərin yayılması isə reytinqin yüksəlməsi üçün paylaşılıb.