Logo

Rəqsanənin qızı "Maşın" şouda bu məşhurla sevgili oldu? - ETİRAF GƏLDİ


Repçi Qurd (Fərid Eminov) Rəqsanə İsmayılovanın qızı Aysunla sevgili olması barədə şayiələri gücləndirəcək paylaşımla diqqət mərkəzinə düşüb.

İnce.az milli.az-a istinadla  xəbər verir ki, Qurd Aysunla maşında çəkilmiş səmimi fotosunu paylaşıb.

Lakin iddiaları artıran əsas məsələ reperin bu paylaşıma yazdığı şərh olub:

"Heç kim gələcəyi indidən deyə bilməz. Amma hal-hazırda olan status sadəcə dostluq statusudur. Bu güllər isə ona olan dəstəyimin nümunəsidir".

Qeyd edək ki, onların "Maşın" realiti-şousunda yaxınlaşması, daha sonra Qurd oyunu tərk edərkən Aysunun ağlaması iddiaları daha da gücləndirib. Aysun yarışmanın ötəngünkü buraxılışında məsələyə aydınlıq gətirib. İsmayılova repçi ilə münasibətinin olmadığını bildirib: "Mən Qurdla çox yaxın dostam. O, şou-biznesdə kişilər arasında mənə ən yaxın olan insandır. Oyunda da Qurd nə deyirdisə, onunla razılaşırdım. Çox güvəndiyim insanlardandır. Mənim heç kəsdən qorxacağım bir şey yoxdur. Olsa, açıq-aşkar deyərəm. Başqa yerə yozulmasın".