Logo

Türkiyəli məşhur müğənni sürücülük hüququndan məhrum edildi


Türkiyənin məşhur aparıcı-müğənnisi Seda Sayan sərxoş halda avtomobil idarə etdiyi üçün cəzalandırılıb.

İnce.az xəbər verir ki, restoranların birində dostları ilə yeyib-içdikdən sonra avtomobili sərxoş halda idarə edib.

Belə ki, polis tərəfindən saxlanılan sənətçi cəzalandırılaraq 6 ay müddətində sürücülük hüququndan məhrum edilib.

“İl ərzində 2-3 dəfə avtomobil idarə edirəm, onda da sərxoş halda tutuldum”, - deyə sənətçi qeyd edib.