Logo

Prezident bu müğənnilərə xalq artisti adı verdi - SİYAHI


Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının estrada ifaçılarına “Xalq artisti” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. 

İnce.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. 

Prezidentin sərəncamında belə deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan estradasının inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslərə “Xalq artisti” fəxri adı verilsin:


Ağayeva Tünzalə Qabil qızı

Mirbabayev Mir Yusif Mir Heydər oğlu

Nəcəfova Röyalə Yaqub qızı.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti".