Logo

Sədaqətin gizli toyu olub?


Aşıq Ulduz Sönməz "Hər şey daxil" verilişində qonaq olub.

İnce.Az axşam.az-a istinadən bildirir ki, proqram zamanı sənətçiyə bir müddət əvvəl qız toyu olan övladı Sədaqətlə bağlı sual ünvanlanıb.

"Qızınıza qız toyu etdiniz, amma oğlan toyu olmadı" sözləri Ulduzu özündən çıxarıb. Suala əsəbi cavab verən aşıq "İcazə vermirəm ki, kimsə ailəmə, şəxsi işimə qarışsın. Kim ixtiyar verir ki, ailəmi reklam edəsiniz? Hardan bilir ki, oğlan toyu olmadı? Bilin, sonra soruşun", - bildirib.

Proqramın aparıcısı Tarix Əliyev isə ona "Nanə Ağamalıyevanın verilişində qızınıza xına etdiniz, onda bütün Azərbaycan izlədi. Bu, şəxsi həyatı açmaq deyildi? Nanə ağ imamın qızıdır, orun verilişində olar, burada yox?" cavabını verib.

Qeyd edək ki, Sədaqətin martda qız toyu olmuşdu. O, xaricdə yaşayan şəxslə ailə qurmağa hazırlaşdığını bildirib. Amma toyda bəy olmayıb.