Logo

Natavan Zaurla Günaya əsəbiləşdi: "Hörmətsizlik etməyin"


Müğənni Natavan Həbibi uzun fasilədən sonra efirə çıxıb.


İncə.az
 "axşam.az"a istinadən xəbər verir ki, "Zaurla Günaydın" proqramına gələn sənətçi aqresiv halı ilə diqqət çəkib. Natavan əvvəlcə bəstəkarları ona baha mahnı satması ilə bağlı tənqid edib.

"Qısqana-qısqana" oxuyan Həbibiyə aparıcı Günay Baxşəliyeva reper həyat yoldaşı Dadonu nəzərdə tutaraq "İndi evdə qısqana-qısqana baxır?" sualını ünvanlayıb. Natavanın əsəbləşdiyini görən aparıcı daha sonra "Balan necədir" sözlərini deyib.

"Mənə balam baxır. Uşaq mənimlə yatır. Ətrim, səsim, mahnılarımı sevir. Digər müğənnilərin mahnısına nisbətən məni dinləyir. Bilmirəm bu necə olur. Evdə televizoru açıq qoyuruq, yaxşı mahnı olanda baxır. Dəxlisiz müğənni oxuyan kimi uşaq dəyişir" deyə, Natavan söyləyib.

Sənətçi daha sonra oğlu Zeyid üçün qonaqlıq keçirəcəyini açıqlayıb. O, Zaur və Günaya üzünü tutaraq onların heç bir dəvətə gəlmədiyini deyərək, tənqid edib:

"Sizin toyunuzda, ad gününzdə varam. Efirdə belə toy edirsiz, gəlirəm. Ad günü, toy, hara çağırıram, gəlmirsiniz. Bu yaxınlarda məclisim olacaq. Gələcəksinizsə, dəvət edim. Yoxsa, hörmətsizlik etməyin".