Logo

Müğənni Zamiq Hüseynov özünü rejissor kimi sınadı - VİDEO


Müğənni Zamiq Hüseynov, sözləri İsmayıl Əsədov və Ayşən Məmmədovaya, musiqisi isə özünə məxsus “Var ol” adlı mahnını ekranlaşdırıb. 

İncə.Az xəbər verir ki, Zamiq bu dəfə kamera qarşısına bir neçə obrazda keçib. Diqqət çəkən məqam isə ekran işinin rejissorluğunu sənətçinin özü etməsidir.

“Klipin rejissorluğu da mənə aiddir. Bu o demək deyil ki, özümü rejissor kimi sınayacağam və kliplər çəkməyə başlayacağam. Xeyr! Amma mənə elə gəlir ki, özümü daha yaxşı görürəm. Çox maraqlı və romantik bir klip ərsəyə gəlib. Ekran işi bir məkanda çəkilib. Bir neçə obrazda kamera qarşısına keçmişəm. Çox yaxşı kadrlar var. Yaxın dostumun hazırda yaşadığı sevgini canlandırmışıq. Gözəl bir ailəni, onların övladlarını, bu günə kimi yaşadıqlarını göstərməyə çalışmışıq”, - deyə Zamiq qeyd edib.