Logo

Kofenin DAHA BİR FAYDASI üzə çıxdı


Kofenin daha bir faydalı xüsusiyyəti ortaya çıxıb.

İnce.Az xəbər verir ki, ABŞ-ın Texas ştatında yerləşən Beylor tibb kollecinin tədqiqatçıları kofemanlarda faydalı bakteriyaların daha çox olduğunu aşkar edib.

Tədqiqata 34 nəfər cəlb edilib. Pasientlərdən 97 biopsiya nümunəsi götürülərək onların skrininq kolonoskopiyası aparılıb. Araşdırmaçılar gün ərzində 82,9 milliqramdan çox kofe qəbul edən insanlarda bakteriyaların müxtəlifliyini və yayılmasını müqayisə edib. Məlum olub ki, kofemanlarda mənfi bakteriyaların miqdarı demək olar ki, aşağı səviyyədədir.

Qastroenteroloqlar isə əksinə, xəbərdarlıq edir: kofe əsəb, mədə-bağırsaq sistemi və ürək üçün zərərlidir. Həkimlərin sözlərinə görə, içkidən hədsiz istifadə xüsusilə payızda orqanizmi zəiflədir. (publika.az)