Logo

Kıvanç Tatlıtuğ xanımına 265 min manatlıq avtomobil aldı - FOTO


Kıvanç Tatlıtuğun həyat yoldaşı Başak Dizerə inanılmaz bahalı hədiyyə edib.

Həyat yoldaşına xəyanət iddiaları ilə gündəmə gələn Kıvanç xanımına qiyməti 900 bin TL ( 265000 min manat ) olan Land Rover Discovery markalı lüks avtomobil  alıb.

Kıvançın jesti qarşısında bir xəyalı gerçək olan Başak Dizer yeni avtomobili ilə İstanbul gecələrində gəzib.

Avtomobil həvəskarı kimi tanınan aktyorun qarajında özünəməxsus Range Rover, Ferrari 348 ve Ford Raptor markalı lüks üç avtomobili var.

Qeyd edək ki, Aktyorun üç illik həyat yoldaşına “Victoria's Secret” modellərindən olan Sara Sampio ilə xəyanət etdiyi iddia olunur. Hətta aktyorun 2013-cü ildə birlikdə reklam filmində oynadığı modellə çəkilişlərdən sonra da görüşdüyü, evləndikdən sonra da Başak Dizeri həmin modellə aldatdığı ortaya çıxıb.