Logo

Unity company "UĞURLU GƏLƏCƏK" adlı konfrans keçirdi


Bakıda UNITY COMPANY MMC əczaçılıq şirkətinin təşəbbüsü ilə “Uğurlu Gələcək” adı altında Mikrobioto və Probiotiklərlə gələcəyi kodlama və sağlam inkişaf üçün düzgün qidalanma mövzusunda konfrans keçirilib. Həkim heyəti də daxil olmaqla tədbirə 300 nəfərə yaxın iştirakçı qatılıb.

Burada məqsəd körpəlikdən yetkinlik yaşınadək olan insanlara uğur qazanmaq barədə məlumat verilməsi olub. Konfransın  sədri, Azərbaycan tibb universitetinin 1-ci uşaq xəstəliklərinin kafedrasının müdiri tibb elmləri doktoru, professor Səyfixan Həsənov, spikeri Türkiyədən dəvət olunmuş professor Ömər Erdeve, fəxri qonaq isə səhiyyə nazirliyinin  baş neanotoloqu Rüstəm Hüseynov olub.

Qeyd edək ki, Unity Company şirkəti 8 ildir fəaliyyət göstərən əczaçılıq şirkətidir. Azərbaycanda əsas fəaliyyət istiqaməti isə insanlar arasında sağlamlığı inkişaf etdirmək və qorumaqdır.

Konfransın sonunda iştirakçıların sualları cavablandırılıb.

https://www.facebook.com/unitycompanyazerbaijan/videos/530244107553725/