Logo

Avokadonun 5 özəl faydası


Xolesterolu salmaq, aclığı azaltmaq və hətta arıqlamağa kömək etmək kimi bir çox faydası olan avokadonun 5 inanılmaz faydasını sizlərlə bölüşürük:

1. Tox saxlayır
Yaxşı yağlar yemək, mədənin boşalmasını yavaşlatmağa köməkçi olur, bu da sizi daha uzun müddət tox saxlayır və aclığı gecikdirir. Hər biri təxminən 29 qram yağ təmin edən avokado əsasən ürək sağlamlığına malik doymamış yağ turşularını özündə ehtiva edir.

2. Arıqlamağa kömək edir
Əksər insanlarda qidalanma mövzusunda yağ fobiyası var. Ehtimalla yağ yeməklə kökəldəcəyinizi düşünürsünüz. Amma gerçək budur ki, doğru yağ növlərini istehlak etmək əslində yaxşı bir arıqlama strategiyasıdır. Toxluğun artmasına əlavə olaraq, avokado kimi bitki əsaslı yağlar, arıqlama ilə əlaqəli olan antioksidantların qəbulunu təmin edir və iltihabla mübarizə aparır. Son zamanlarda aparılan araşdırmalarda, nizamlı olaraq avokado yeyənlərin daha az kalori istehlak etmədən belə arıqladığı müşahidə edilib.

3. Ürəyi qoruyur
Avokadonun, "pis" LDL xolesterolu saldığı və "yaxşı" HDL xolesterolu yüksəltdiyi məlumdur. HDL səviyyələri, həm kişi, həm də qadınlarda ürək xəstəliyi riskini azaltmağa köməkçi olan ikitərəfli təsirdir.

4. Sovrulmaya kömək edir
Hər hansı miqdarda avokado yemək, bədənin digər sağlam qidalardan daha çox antioksidant sovurmasını təmin edir. Bir araşdırmada, iştirakçılar 2.5 xörək qaşığı avokado aldıqlarında, bədənləri, 8-qat daha çox alfa karoten və 13-qat daha çox beta karoten sovurdu.

5. Yalnız ləzzətli yeməklər üçün deyil
Avokado haqqındakı ən maraqlı şeylərdən biri, şirniyyatlar da daxil olmaqla bir çox reseptdə istifadə edilə bilən olmalarıdır. Yeməklərinizə və şirniyyatlarınıza rahatlıqlıqla əlavə edə bilərsiniz.