Logo

Xərçəng təhlükəsini 50% azaldan məhlul


Kraliçanın Belfast Universitetinin alimləri qəhvə istehlakının qaraciyər xərçənginin inkişaf riskini 50% azaltdığını öyrəniblər.

İnce.az deyerler.org-a istinadən bildirir ki,  alimlər 7,5 il ərzində, təxminən 472 min insan üzərində araşdırma aparıblar. Onlardan 75%-dən çoxunun müntəzəm olaraq qəhvə içdiyi bildirilib.

Araşdırma üyüdülmüş və ya hazır qəhvə sevən insanların, qəhvə içməyənlərə nisbətən qaraciyər xərçənginin ən məşhur forması olan hepatoselüler karsinoma riskinin 50% daha az olduğunu göstərdi.

Qəhvə istehlak edən könüllülərin digərlərinə nisbətən daha çox siqaret çəkdiyi, xolesterol nisbətinin də daha yüksək olduğu, amma bunun xərçəngə yoluxma şansını artırmadığı qeyd edilib. Bununla birlikdə, bu qrup insanların orqanizminin diabet, sirroz, öd daşı və mədə xorası kimi xəstəliklərə həssas olmadığı bildirilib.

Tədqiqatçıların fikrincə, qəhvənin orqanizmə müsbət təsiri onun tərkibində yüksək miqdarda antioksidant və kofein olduğuna görədir. Bununla birlikdə alimlər xatırladıbar ki, bədxassəli şişlərin qarşısını, ilk növbədə sağlam həyat tərzi ala bilər.

Tədqiqatçılardan biri olan Kraliçanın Belfast Universitetinin Xalq Sağlamlığı Mərkəzinin magistri Kim Tu Tran, belə deyib: "Qəhvə istehlakı siqareti tərgitmək, spirtli içkilərdən imtina və ya çəki atmaq qədər sizi qaraciyər xərçənginə qarşı qoruya bilməz".