Logo

2020-ci ildə trend olacaq QİDALAR


Son zamanlar qida rasionumuza yeni daxil olan bir çox meyvə və tərəvəzlər var. Xüsusilə, pəhrizlərin vazkeçilməzi olan avakado, zərdəçal qədər bir çox yeni qidalar daha çox istifadə edilməyə başlanılıb.

İnce.az medicina.az-a istinadən bildirir ki, türkiyəli professor Osman. M 2020-ci ildə hansı məhsulların daha çox yeyiləcəyi haqqında məlumat açıqlayıb. Onun sözlərinə görə, yeni ildə çeşidlilik prinsipi əsas götürüləcək. Yəni ehtiyacınız olan qidaları fəqrli mənbələrdən əldə etməyə çalışacaqsınız.

Bundan əlavə balans prinsipini gözləniləcək. Zülal, karbohidrat və yağ prinsipinə diqqət ediləcək. Bu yenilik və fərqlilikləri isə sosial və elmi dəyişikliklər bəlli edir.

Professorun yeni il üçün proqnozlaşdırdığı qida siyahısını təqdim edirik:

- Bu il ədviyyatlardan sarıkök ən çox seçilənlərdən olub. Lakin növbəti ildə onun yerini zəncəfilin tutacağı bildirilir.

-Apiterapiya ilə müalicə. 2020-ci ildə bu üsul sağlamlığı qorumaq üçün çox istifadə olunacaq. Belə ki, arı südü, arı poleni və s. infeksiyon xəstəliklər və xərçəngin müalicəsində istifadə edilir.

-Yeni souslar qida rasionumuza daxil olacaq. Ədviyyatlı qarışımlar, özəlliklə qırmızı acı bibər tozu, duz, qurudulmuş limondan hazırlanan souslar yeməklərin yanında sıx istifadə ediləcək.

-Süd məhsulları. Bütün süd və süd məhsulları, əsasən pendirlər əsas qidalardan olacaq.
Bundan əlavə badam, kokos, yulafın da satışı çoxalacaq.

-Kollagen tozlar.Əlavə kollagen tozları(qida əlavəsi) və ya kollagen peptidləri ilə hazırlanan əlavələr və ya içkilər 2020-ci ildə maraq doğuracaq.

-Şorbalara bulyon, kofe və çay kimi içəcəklərimizə əlavə dadlandırıcılar qatmaq bu ilin trendinə çevriləcək.