Logo

Armud bağırsaqlar üçün ən faydalı meyvədir


Diyetoloqların fikrincə, armud bağırsaqlar üçün ən faydalı meyvə hesab edilir.

İnce.Az AZƏRTAC-a istinadən bildirir ki, meyvə çox gözəl sellüloza mənbəyidir. Onun lifləri bağırsaqların mikrobiomuna, yəni metabolik və immun proseslərə xeyirli təsir göstərir.

Armud ikinci tip şəkərli diabet və piylənmə riskini azalda bilər. Onun tərkibində çoxlu vitamin və minerallar var. Məsələn, kalium maddəsi insan orqanizmində maye balansını nizama salmağa kömək edir, həmçinin onun tərkibində olan fosfor, vitamin və kalsium dişləri və sümükləri uzun müddət normal vəziyyətdə saxlayır.

Lakin armuda qarşı allergiyası olanlar da var. Allergiya aşkar edildiyi hallarda həkimə müraciət etmək lazımdır.