Logo

Hər gün bir dəstə cəfəri yeməyə 5 səbəb - Onkoloji xəstələr üçün vacibdir


Bir çox ölkələrdə onkoloqlar kimyaterapiyadan sonra xəstələrə bol-bol cəfəri yeməyi tövsiyə edir. Özü də bir yox, iki yox, 3-4 dəstə.

Cəfəri (petruşka) Qədim Yunanıstanda müqəddəs bitki hesab olunurdu.

İnce.Az medicina.az-a istinadən bildirir ki, Amerika Xərçəng institutu və Çin Milli Elmi Fondu məhz cəfərinin antixərçəng, şişə qarşı effektivliyini sübut edən elmi araşdırma aparıblar.

Cəfərinin belə təsiri onda olan apiqenin maddəsi ilə bağlıdır. Məhz Apiqenin şiş hüceyrələrinin yayılmasının qarşısını alır.

Medicina.az hər gün cəfərini dəstə ilə yeməyinizə sizi sövq edəcək 5 səbəbi təqdim edir.

1. Vitamin C ehtiyatına görə cəfəri bütün göyərtilərdən, sitrus meyvələrindən də öndədir. Ona görə cəfəri immuniteti aktivləşdirir, xəstəliklərdən qoruyur

2. Hemoqlobnin yaranmasında aktiv iştirak edir. Qanazlığında vacibdir
3. Görməni artırır

4. Şəkər xəstələrində diabetin irəliləməsindən qoruyur, qanda şəkəri salır
5. Böyrəkləri, sidik yollarını təmizləyir

Cəfəri nə bişəndə, nə soyuqda, nə istidə faydalı tərkibini dəyişmir.

Tərkibində:

- fol turşusu - vitamin B 9 vardır. Bu da qaraciyər, qan dövranı üçün vacibdir. Hamiləlikdən öncə qadınlar çox yeməlidir
- Kalium və fosfor - sümük və dişlər üçün
- Marqans var - qaraciyər üçün

- Dəmir - qanda eritrositlərin norması üçün
- Doymuş yağ turşuları - beyin üçün

Kalsium- qanın laxtalanmasına qarşı
Selen- xərçəngə qarşı və immuniteti möhkəmləndirir

Cəfərinin suyunu sıxıb limonla qarışdırıb içə bilərsiniz. Eləcə də üz və bədənə maska qoymaq olur.