Logo

Memarlıq müsabiqəsində iştirak edərək dünyanı necə xilas etmək olar ?


Dayanıqlı dizayn üzrə dünyanın ən əlamətdar müsabiqəsi

Dayanıqlı inşaat üzrə 6-cı beynəlxalq LafargeHolcim Mükafatları müsabiqəsinə qeydiyyat üçün son gün 25 fevral 2020-ci ildir. Müsabiqəyə mütəxəssislər və gənc nəslin nümayəndələri dayanqlı inşaatla bağlı ideyalarını və fikirlərini təqdim edə bilərlər. Memarlıq, mühəndislik, şəhərsalma, materialşünaslıq, tikinti texnologiyası və müvafiq sahələrlə bağlı layihə və konsepsiyalara üstünlük verilir.

LafargeHolcim Fondu tərəfindən təsis olunan bu əlamətdar müsabiqədə tanınmış və müstəqil mütəxəssislərdən ibarət xüsusi münsiflər heyəti var və seçim prosesi beş coğrafi ərazi üzrə paralel şəkildə baş tutur. Regional münsiflərə İsveçrənin (Avropa üzrə) “Karamuk Kuo Architects” şirkətindən Cenette Kuo, ABŞ-ın (Şimali Amerika üzrə) İllinoys Texnologiya İnstitutundan Rid Krolof, Meksikanın (Latın Amerikası üzrə) “Taller Capital” şirkətindən Loreta Kastro Requera, Nigerin (Orta Şərqi Asiya üzrə) “Atelier Masōmī” şirkətindən Mariam Kamara və Sinqapur Dövlət Universitetindən (Asiya və Sakit Okean üzrə) Nirmal Kişnani rəhbərlik edəcəkdir.

Fərqli tələblərə malik iki kateqoriya

Müsabiqənin əsas kateqoriyası memarlar, layihəçilər, mühəndislər, layihə sahibləri, inşaatçılar, o cümlədən müasir tikinti və konstruksiya sahəsində dayanıqlılıq nümayiş etdirən tikinti şirkətləri üçün nəzərdə tutulmuşdur. Layihələr dizaynın qabaqcıl mərhələsinə çatmış olmalı, layihənin icrası ehtimalı yüksək olmalıdır. Tikinti prosesində 1 yanvar 2019-cu il tarixindən əvvəl başlamış layihələr istisna edilir. Bundan əlavə, (yaşı 30 və ya daha az olan) tələbələr və gənc mütəxəssislər müsabiqənin “Növbəti Nəsil” kateqoriyası üzrə gələcək üçün böyük potensialı olan konsepsiyaları və iddialı fikirlərini təqdim edə bilərlər. Təqdim olunan layihə və konsepsiyalar dizaynın ilkin mərhələsində, o cümlədən araşdırma və dizayn studiyasında işlərin görülməsi mərhələsində ola bilər. Müsabiqədə iştirak pulsuzdur və veb əsaslı formadan istifadə etməklə qeydiyyat ingilis dilində aparılmalıdır: www.lafargeholcim-awards.org/enter. Əlavə sualınız olarsa, aşağıda göstərilən e-mail ünvanı yaxud əlaqə nömrəsi vasitəsilə Holcim Azərbaycan komandası ilə əlaqə saxlaya bilərsiniz: rena.tahirova@lafargeholcim.com; 99412 441 88 88 (daxili nömrə: 519).

Dayanıqlı inşaatla bağlı meyar

Təqdim olunan layihələr dayanıqlı inşaatla bağlı beş meyara uyğun olaraq qiymətləndirilir. Bu meyarlar gələcək nəsillər üçün bəşəriyyəti əhatə edən mühitin qorunub saxlanılması ilə bağlı prinsiplərin aydınlaşdırılmasına əsaslanır. Meyarlar innovasiya və ötürülmə, etik standartları və sosial inteqrasiya, resurs və ekoloji fəaliyyət, iqtisadi səmərəlilik və uyğunluq, və estetik təsiri azaldılmasını əhatə edir.

Qaliblər Qlobal LafargeHolcim Mükafatları müsabiqəsinə vəsiqə qazanacaqlar

Qaliblər 2020-ci ilin ikinci yarısında hər bir regionda keçiriləcək mükafatlandırma mərasimində elan olunacaqlar. Əsas qaliblər daha sonra 2021-ci ildə keçiriləcək qlobal LafargeHolcim Mükafatları müsabiqəsində mübarizə aparacaqlar. Qaliblər ABŞ-ın Massaçusets Texnologiya İnstitutundan nümayəndə və 2020-ci il Venesiya Memarlıq Sərgisinin kuratorunun rəhbərlik etdiyi qlobal münsiflər heyəti tərəfindən müəyyən ediləcəkdir. Özünüzə inanın və bu şansı qaçırmayın!

LafargeHolcim Fondu haqqında

Davamlı İnşaat üçün LafargeHolcim Fondu 2003-cü ildən bəri memarlıq, mühəndislik, şəhərsalma və tikinti sahəsində dayanıqlı gələcəyin təmin edilməsi istiqamətində məlumatlılığın artırılması ilə məşğuldur. Fond öz sponsoru olan LafargeHolcim-in inşaat və tikinti üzrə dayanıqlılığı təşviq etmək öhdəliyini ifadə edir. LafargeHolcim tikinti materialları və həll yolları üzrə qlobal liderdir.

Faydalı linklər