Logo

Ən çirkli və ən təmiz meyvələr hansılardır?


Ətraf-mühit çirkliliyini araşdırmaq üzrə mütəxəssisləşmiş ABŞ ''Environmental working group'' adlı şirkət yetişdirilən meyvə və tərəvəzlər üzərində araşdırma apararaq, ən təmiz və ən çirkli meyvə-tərəvəzlərin siyahısını təqdim ediblər.

İnce.Az xəbər verir ki, təmiz və çirkli meyvə-tərəvəzin siyahısı 2019-cu ilin əvvəlində təqdim olunub. İstifadə olunan gübrələrə görə siyahıda çirkli meyvələrin 1cisi çiyələk seçilib.

Belə ki, çiyələk 3 ildir ki, üst-üstə çirkli meyvələr siyahısında yer alıb. Çiyələk, alma, albalı, ispanaq, şaftalı və kələmin daxil edildiyi çirkli tərəvəzlərin tərkibində olan kansoregen maddələrə görə 2019-cu ildən bəri bir çox ölkədə bu meyvələrin istifadəsinə qadağa qoyulub. 

Fransada aparılan araşdırmaya görə təkcə brüssel kələminin yarpağında 18 zərərli maddə aşkar olunub. Həmin araşdırmada məlum olub ki, tərkibində kimyəvi gübrə və maddələrin olmadığı meyvə və tərəvəzlərlə qidalanan insanların xərçəngə yoluxma riski 25 faiz daha azdır. Lakin kimyəvi maddələrlə zəngin olan meyvə-tərəvəzlə qidalanan insanlarda sonsuzluq riski daha yüksəkdir. 

Ən çirkli və ən təmiz meyvə-tərəvəz siyahısını təqdim edirik:

Çirkli meyvə-tərəvəzlərin siyahısı

Çiyələk, ispanaq, brüssel kələmi, şaftalı, alma, üzüm, albalı, armud, pomidor, kərəviz, kartof.

Təmiz meyvə-tərəvəzlərin siyahısı

Avakado, qarğıdalı, ananas, yaşıl noxud, soğan, badımcan, quşqonmaz, kivi, gül kələmi, qovun, brokoli, göbələk, balqabaq.  (ölkə.az)