Logo

Qan təzyiqini aşağı salan 5 məhsul


Kaliumla zəngin məhsullar qan təzyiqinə nəzarət etmək və onu aşağı salmaqda effektiv vasitədir. Bununla yanaşı, onlar ciddi və həyati təhlükəsi olan vəziyyətlərin yaranma riskini aşağı salır. 

İnce.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Express" yazıb.

Kaliumla zəngin məhsullar bunlardır:

Şirin kartof

Bir orta boy kartofun tərkibində 541 mq kalium var. Bundan əlavə, bu tərəvəz çətin karbohidrat və sellülozla zəngindir.

Kokos suyu

Bir fincan kokos suyunun tərkibində 600 mq kalium var. Bununla yanaşı, içki orqanizmi maqnium, kalsium, natrium və marqanla təmin edir.

Edamame

Bir fincan edamamenin tərkibində 676 mq kalium var. O, həmçinin K vitamini və manqanla zəngindir.

Çuğundur

Bir fincan qaynadılmış çuğundur sizə 518 mq kalium verə bilər. Bununla yanaşı, çuğundurun tərkibində təbii nitralar var, hansılar ki, qan damarları və ürəyin ümumi vəziyyətini sağlamlaşdırır.

Nar

Bir ədəd narın tərkibində 600-700 mq kalium var. Üstəlik, nar C5 və K vitaminləri ilə zəngindir. Onun tərkibindəki təbii zülalın miqdarı isə bir çox digər meyvələrdəkindən çoxdur.