Logo

"Sizə görə anamın şəkəri qalxıb"


Müğənnilər Sevil və Sevinc Səfərova sosial şəbəkədə həmkarı Gülay Zeynallı ilə bağlı paylaşım edib.

İnce.Az axşam.az-a istinadən xəbər verir ki, bacılar ifaçının İnstaqramda yazdığı "Çox üzüldüm, eşitdim səsləri batıb. Çox pis xəbər oldu, mən indi kimi dinləyəcəm..." sözləri analarının ciddi qəbul etdiyini vurğulayıblar:

"Sizə görə (Aparıcı Ruslan Ağayev və Gülayı nəzərdə tutur - red.) anamın şəkəri qalxıb. Ağlaya-ağalaya zəng edib ki, hamı mənə yığır, səsiniz batıb. Doğrudur, nə olub?".

Qeyd edək ki, Gülay "ATV maqazin onlarla" verilişinin "33 sual" rubrikasına çəkilən zaman Ruslan Ağayevin suallarının hamısına cavab verməyib. Buna görə də o, qaydaya əsasən əkizlərin şəklini yayımlayaraq, bu sözləri yazıb.