Logo

Koronovirusa qarşı istifadə olunan tərəvəz – Soğan


Son günlər sürətlə yayılan koronavirus daha çox immuniteti zəif olan insanlara yoluxur. Bu baxımdan mütəxəssislər koronavirusun qarşısını almaq üçün insanlara quru soğan, sarımsaq və göy soğan kimi antibiotik baxımından zəngin olan qidalardan istifadə olunmasını məsləhət görür. Zanbaqkimilər fəsiləsinə aid acı bir dadı olan və içərisində yüksək miqdarda turşu olan soğanın sağlamlıq üçün inanılmaz faydaları var. Onun tərkibində A,C və B qrup vitaminləri, dəmir, fol, kalium mineralları var. Soğan yetişdirməyin tarixi Qədim Misirə qədər gedib çıxır. Çin və Yaponiyada quru soğan müalicəvi vasitə hesab olunur. Bundan başqa soğan bir sıra yeməklərdə də istifadə olunan tərəvəzdir. Bəs quru soğanın faydaları nələrdir?
Yeniavaz.com quru soğanın faydalarını təqdim edir:
- Kosmetik məhsulların, dərmanların, ekoloji amillərin səbəb olduğu saç tökülməsinin və qırılmasının qarşısını alır. Tərkibindəki B6 maddəsi baş dərisinin zədələnmiş hüceyrələrini yeniləyir.
- Güclü antioksidan və antibakterial maddələrə sahib olan quru soğan bakteriyaların səbəb olduğu yuxarı tənəffüs yolları xəstəliklərinin qarşısını alır.
- Tərkibində olan selenium mineralı immuniteti gücləndirərək, bədənin xərçəng hüceyrələrinə qarşı  mübarizəsini artırır.
- Bir həftə nizamlı istifadə olunan quru soğan suyu qaraciyərdəki yağın miqdarını azaldır, sızanaqların yaranmasının qarşısını alır. Eyni zamanda, dermis qatındakı məsamələri təmizləyərək dərinin nəfəs almasını təmin edir.
- Soğan suyu qan təzyiqini nizamlayır. Bununla da, ürək-damar və yüksək təzyiq kimi xəstəliklərin yaranma riskini azaldır.
- Soğanın tərkibində olan “Glisero Fosfo Kolin” maddəsi sümüklərin daha güclü olmasını təmin edir. Buna görə də inkişaf dövründə uşaqların, hamilə qadınların və yaşlıların nizamlı istifadə etməsi məsləhət görülür.
- Soğandan xərçəng xəstəliklərinin qarşısını almaq üçün də istifadə olunur. Xüsusilə də, mədə, bağırsaq, kimi xərçəng xəstəliklərinin qarşısını alır.
- Soğandan prostatit xəstəliklərin yaranmasının qarşısını almaq üçün də istifadə olunur.
- Xroniki yuxusuzluğun qarşısını alır və hormonları nizamlayır.
Qeyd edək ki, mütəxəsislər soğanı həm çiy, həm də qaynadaraq istifadə etməyi məsləhət görür. Soğan bədəndəki hüceyrələri gücləndirərək orqanların funksiyasını artırır. Ancaq 1 həftə istifadə olunan soğan suyundan 10 gün ara verdikdən sonra istifadə etmək məsləhət görülür.