Logo

"Yazırlar ki, nə gündəsən" - Elnarə


Müğənni Elnarə Xəlilova "Üçümüz" verilişinin qonağı olub.

İnce.Az axşam.az-a istinadən bildirir ki, proqramın aparıcılarından olan Elcan ifaçının ünvanına "Keçən dəfə geyindiyi ilə eyni verilişə gəlib" sözlərini deyib.

Xəlilova daha sonra övladlarının peşə seçimindən bəhs edib. "Onların mənim sənətimi davam etdirməsini qətiyyən istəmirəm" sözlərini söyləyib.

Elnarə sosial şəbəkədə ona yazılan tənqidlərdən söz açıb:

"Yazırlar ki, nə gündəsən. Fikir müxtəlifliyi var. Amma mən bəyənmədiyimi izləmirəm. Sosial şəbəkədə qızımı, həyat yoldaşımı və yaratdığım musiqi məktəbinin səhifəsini izləyirəm".