Logo

"Burnumu əməliyyat etdirmişəm, danmaq olmaz"


Əməkdar artist Firuzə İbadova burun əməliyyatı etdirdiyini açıqlayıb.

İnce.Az axşam.az-a istinadən bildirir ki, müğənni bu haqda "Zaurla Günaydın" verilişində deyib. O, aparıcının "Elə bil burnunuzu əməliyyat etdirmisiz" sözlərinə belə reaksiya verib:

"Yox desəm, düz gəlməz. Bunu danmaq olmaz. Burnumda da, boğazımda da əməliyyat etdirmişəm. Problem var idi, nəfəs ala bilmirdim. Səs tellərimə təsir edirdi. İnsan özündə narahatlıq hiss edəndə, həkimə müraciət etməlidir. Səni nə narahat edirsə, ondan azad olmaq lazımdır. Aygün Kazımovanı görəndə sevinirəm. O, səhnəyə gözəllik gətirir".