Logo

Kartof şirəsinin inanılmaz FAYDALARI


Kartofun gözəlliyi və sağlamlığı qorumaq üçün faydaları hələ də elm tərəfindən aşkarlanmaqda davam edir.

İnce.Az Day.Az-a istinadən bildirir ki,bu tərəvəzin inanılmaz faydaları barədə həkim-dietoloq Marqarita Korolyova danışıb.

Onun sözlərinə görə, əksəriyyətin qida rasionunda əsas yeri tutan kartof fosfor, kalium, maqnium və digər faydalı vitaminlərlə zəngindir. Dietoloq kartof təzə olduqca faydasının da bir o qədər çox olduğunu xüsusi vurğulayıb.

M.Korolyova bildirib: "Hələ xalq təbabətindən bizə məlumdur ki, bişməmiş kartofu bəzi yaraların üzərinə qoymaqla sağalmalarına nail olmaq mümkündür, eləcə də yanıq yaralarının üzərinə qoyulması faydalıdır. Bundan başqa, tərkibindəki antioksidantlar sayəsində kartof dərinin təravətini qorumaq, daha parlaq göstərmək üçün də faydalıdır".

Dietoloq kartof şirəsinin də müalicəvi əhəmiyyətindən söz açaraq qeyd edib ki, mədəaltı vəz xəstəliklərinin müalicəsində və turşuluğun azaldılması üçün istifadəsi əvəzedilməzdir. Onun sözlərinə görə, həmçinin qida-həzm sisteminin yuxarı orqanlarında yaranmış problemlər də kartof şirəsinin köməyi ilə aradan qaldırıla bilər.