Logo

Yüksək təzyiqi salan quru meyvələr


Hipertoniya - yüksək təzyiq 40 yaşdan sonra bir çox insanların yol yoldaşıdır.

Gizli qatil adlandırılan təzyiqi dərmanla yanaşı xalq metodları, bitki və hətta quru meyvələrlə də salmaq mümkündür.

İnce.Az medicina.az-a istinadən təzyiq xəstələri üçün lazımlı olan quru meyvələrin siyahısını təqdim edir.
1. Quru əncir - kalsium, fosforla zəngindir, ürək-damar sistemi üçün effektivdir.

2. Kişmiş - suyu və özü təzyiqi salır. Qanı artırır.

3. Qara gavalı - böyrəklərin işini tənzimləyir ki, bu da ürəyə düşən təzyiqi azaldır.

4. Ərik qurusu - ürəyin birinci dərmanıdır.