Logo

Belə qidalardan uzaq olun! – Zəhərlənə bilərsiniz


Bir çox insan tərəvəzlərin çiy halda yeyilməsinin daha faydalı olduğunu düşünür. Lakin elə tərəvəzlər var ki, onları çiy halda istehlak etmək sağlamlıq üçün zərərlidir.
Yeniavaz.com
 çiy halda yeyilməyəcək qidaların siyahısını təqdim edir:

Sosiska
Mağazalarda sosiska ilə hazırlanmış sendviçlərlə tez-tez rastaşırıq. Belə sendviçlərin hazırlanmasında sosiskalar yarıbişmiş halda olur. Həmin sosikaların tərkibində listeria bakteriyası mövcuddur. Bu bakteriya da həzm sistemini pozaraq, zəhərlənməyə səbəb olur. Mütəxəssislər belə sosiskalardan uzaq olmağı məsləhət görürülər.

Lobya
Lobyalar da çiy halda istehlak edilməməlidir. Çünki, onların tərkibində zəhərli toksinlər mövcuddur. Mütəxəssislər həmin toksinlərin yalnız qaynadılaraq məhv edildiyini bildirirlər. Məlumata görə, lobyanın digər növləri ilə yanaşı xüsusilə ağ və qırmızı lobyada daha çox zəhərli toksinlər mövcuddur. Çiy halda yeyildikdə mədə sancılarına, qusma və ishala səbəb olur.

Kartof
Kartof faydalı tərəvəzdir. Lakin uzun müddət nəmişlik olan yerdə saxlanılan kartoflar cücərməyə başlayır. Belə olduqda bakteriyalar kartofa keçir və çiy halda istehlak edildikdə zəhərlənməyə səbəb olur. Buna görə də belə kartoflar olduqca təhlükəlidir. Bundan əlavə yetişməmiş xam kartof günəş işığına məruz qaldıqda təhlükəli miqdarda solanin ifraz edə bilər.

Badımcan
Badımcanın tərkibində mədə-bağırsaq traktını qıcıqlandıran, kalsiumun udulmasını azaldan solanin maddəsi var. Buna görə də badımcanı çiy halda yeyən insanlar mədə ağrısı və bulanması, başgicəllənmə, hətta qusma ilə qarşılaşa bilərlər. Badımcan bişirildikdə solani maddəsi zərərsizləşdirilir.