Logo

Oksana koronavirusla mübarizəyə qoşulur - Həkim kimi çalışacaq


"Ehtiyac yaranarsa, könüllü həkim kimi virusla mübarizəyə qoşularam". 

Bu sözləri açıqlamasında rəqqasə, aktrisa Oksana Rəsulova deyib. O, hər zaman xalqa xidmətə hazır olduğunu bildirib:

“Mən 2009-cu ildə universiteti bitirmişəm. Bildiyimə görə, həkimlər bir neçə ildən bir müəyyən imtahanlardan keçir. Amma mən çalışmadığım üçün bu imtahanlardan keçməmişəm. Əgər diplomum keçərli olarsa, könüllü olaraq həkim kimi əlimdən gələn dəstəyi verməyə hazıram. Düşünürəm ki, bu çətin günlərdə birlik göstərməli, bir-birimizə dəstək olmalıyıq”.