Logo

Günay sevgilisini bıçaqladığını etiraf etdi


Türkiyədə fəaliyyət göstərən azərbaycanlı model Günay Musayeva keçmiş sevgilisi Taha Tatlıcını bıçaqladığını etiraf edib.

Hakim qarşısına çıxan Günay sərxoş olduğu üçün belə addım atdığını söyləyib.

“Hadisənin baş verdiyi gün sevgilimlə restoranda yemək yedik, spirtli içki qəbul etdik. Mən də içkinin təsirindən mübahisə zamanı meyvə bıçağı ilə Tahanı yaraladım, sonra barışdıq. Məhkəmənin ədalətli qərar verəcəyinə inanıram”, -deyə Günay bildirib.