Logo

“Hədəf Onlayn” məktəbindən YENİ LAYİHƏ – Səmərəli yay tətili


“Hədəf Onlayn” məktəbi şagirdlər üçün iki aylıq interaktiv yay məktəbi təşkil edib. Yeni fəaliyyət sisteminin əsas məqsədi COVİD-19 pandemiyası dövründə şagirdlərin yay tətilini səmərəli keçirmələrinə şərait yaratmaqdır.

Burada dərslər interaktiv metodlarla keçirilərək, şagirdlərin dünya görüşünün inkişafına, biliyinin möhkəmlənməsinə, mütailə qabiliyyətlərinin artırılmasına, yaradıcılıq imkanlarının genişlənməsinə, müxtəlif rayonlarımızdan olan həmyaşıdları ilə dostlaşmasına xidmət edəcək. Bundan başqa, uşaqlar ölkəmizin tanınmış ictimai xadimləri, elm və sənət adamları ilə canlı təmasda olacaq, onları maraqlandıran suallara cavab tapacaqlar.

“Hədəf Onlayn” yay məktəbini uğurla başa vuran şagirdlər sonda öyrəndikləri əsasında imtahan verərək, sertifikat və müxtəlif mükafatlar əldə edəcəklər.

“Hədəf Onlayn” yay məktəbinin şərtləri:

- həftənin 3 günü, hər gün 3 saat (həftədə 9, iki ayda 72 saat) olmaqla keçiriləcək;

- 10 nəfərlik qruplar siniflərə görə müəyyən ediləcək (2-8-ci siniflər);

2-4 cü siniflərdə 3 saat ingilis dili, 2 saat riyaziyyat, 1 saat dəyərlər, 1 saat özündüzəlt, 2 saat nitq mədəniyyəti;

5-8 ci siniflərdə 3 saat ingilis dili, 2 saat riyaziyyat, 1 saat nitq mədəniyyəti, 1 saat düşüncə, 1 saat kodlaşdırma, 1 saat özündüzəlt.

- Hər ayın sonu “Ailələr yarışır” adlı intellektual oyun keçiriləcək, qalib ailələr kitab dəsti qazanacaqlar.

Aşağıdakı linkə daxil olaraq, formu doldurub, qeydiyyatdan keçə bilərsiniz.

Qeydiyyat üçün son tarix: 11.07.2020

Link:http://hedefliseyi.edu.az/onlineyaymektebi2020

http://hedefliseyi.edu.az/⠀⠀⠀⠀⠀⠀⠀⠀

*2018⠀⠀⠀⠀⠀⠀⠀⠀

+994 (50/70) 272 2018⠀⠀⠀⠀⠀⠀⠀

Tbilisi pr. 72⠀⠀⠀⠀⠀⠀⠀⠀

Abşeron ray.,Masazır qəs., "Bağçalı evlər" yaşayış kompleksi