Logo

"Anar Nağılbazın ölümünə sosial şəbəkələr səbəb oldu"


"Bir zamanlar şou-biznesdə kateqoriya var idi: A, B,C... Son vaxtlar aləm dəydi bir-birinə: A gəldi B-ni, C gəldi hamısını keçdi. Elə zəmanəyə gəldik ki, hər zaman rahat danışan, sözləri muncuq kimi düzən adam, indi ekran qarşısında əziyyət çəkirəm".

Bu sözləri Əməkdar artist Vasif Məhərrəmli "Axşam-axşam" proqramında deyib. Müğənni sosial şəbəkədə yazılan tənqidlərdən gileylənib.

Sənətçi şou-biznesdəki kateqoriya söhbətindən bəhs edib:

"Anar Nağılbazın ölümünə sosial şəbəkələr səbəb oldu. Hər sözü söz edirlər. Ona görə də danışanda o qədər ehtiyatla yanaşmaq istəyirsən ki... Amma mümkün deyil.

Yenə deyəcəm... Bədi səviyyə də düşüb aşağı. 1990-cı illərdən 2000-ci ilə qədər toylarda hansı mahnıları oynayırdıq: Tofiq Quliyev, Rauf Hacıyev, Məmmədbağır Bağırzadə. Son vaxtlar isə meyxanadır... Meyxana başqadır, musiqi başqa. Bilinmir nədir. Musiqinin içində bir "xəşilləşmə" gedir. Ona görə də kateqoriya pozuldu".