Logo

Məşhur aktrisa 500 mindən imtina etdi


"Hercai" serialındakı Reyyan obrazı ilə məşhurlaşan aktrisa Ebru Şahin qısa vaxtda ekranlarda ən çox axtarılan sima olub.

Təkliflərin çox olduğunu görən sənətçi qiymətini iki dəfə artırıb.

Məşhur bir corab markası Şahinə təklif yollayıb. Aktrisa ilə şirkətin təmsilçiləri bir araya gələrək, qonorar haqqında danışıb. Onların reklam üçün verəcəyi 500 min lirədən (təxminən 124 min manat) Ebru imtina edib.

Aktrisa bildirib ki, ən az 1 milyon lirə (təxminən 248 min manat) qonorar istəyir. Şirkət isə məbləğin yüksəl olduğunu bildirib və razılaşmayıb.