Logo

Yeni fəaliyyətə başlayan “FİNDİ” markasının məhsulları artıq SATIŞDA


Azərbaycanda yeni fəaliyyətə başlayan “Findi” markasının məhsullarını artıq bir çox supermarketlərdə əldə etmək imkanı yaradıldı. Tərkibi bal və qovrulmuş fındıqdan ibarət olan məhsul yeni damaq dadınız olmaqla yanaşı, sağlam qidalarınızın ayrılmaz hissəsinə çevriləcək. Ballı fındıqlar çəkilərinə əsasən müxtəlif qablaşdırmalarda münasib qiymətlərə satılır. Bu barədə İnce.az saytına şirkətin direktoru Məleykə Gülmalıyeva məlumat verib:

“Hazırda ballı fındıqlar yerli bazarda satışda var. Biz bununla yanaşı, ballı badamların da supermarketlərdə satışına başlamışıq. Həmçinin, yaxın zaman ərzində çeşid sayının artırılması da nəzərdə tutulur. Uzunmüddətli perspektivdə isə məhsullarımızın xarici ölkələrə ixracını həyata keçirəcəyik.”

Qeyd edək ki, fındıqlar heç bir qatqı əlavə olunmadan təbii bal ilə qovrulur. Məhsulun tərkibindəki vitaminlər və minerallar immunitet sistemini gücləndirir, aktiv həyat tərzi bəxş edir. Fındıqdan istifadə qanda xolesterinin artmasının, qan-damar xəstlikərinin yaranmasının qarşısını alır. Buna görə də fındıq uşaqların, cavanların, əsasən isə yaşlıların qidasının əsas hissəsi hesab olunur.